Bakıda daha bir avtobusda yanğın olub

Bakıda daha bir avtobusda yanğın olub Bakı. 22 fevral. REPORT.AZ/ Bir qədər əvvəl Bakının Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov qəsəbəsi - 28 May metro stansiyası) hərəkət edən avtobusda yanğın olub.
Hadisə
22 Fevral , 2019 17:21
Bakıda daha bir avtobusda yanğın olub

Bakı. 22 fevral. REPORT.AZ/ Bir qədər əvvəl Bakının Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov qəsəbəsi - "28 May" metro stansiyası) hərəkət edən avtobusda yanğın olub.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. 

Onun sözlərinə görə, hadisə barədə məlumat daxil olan kimi Agentlik araşdırma aparıb. Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan boş avtobusda baş verib. Nəqliyyat vasitəsinin mühərrik hissəsində qısaqapanma olub. 

Xatırladaq ki, bu gün Bakının Qaradağ rayonunda da sərnişin avtobusu yanıb

Son xəbərlər

Orphus sistemi