Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Hadisə
4 sentyabr 2022 14:18
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakı ş. Xətai rayonu Yeromenko küç.56 ünvanında 24 mərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsində yanğın baş verib.

"Report" FHN mətbuat xidmətinə istinadən bildirir ki, tüstülənmiş zonada qalmış 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

FHN yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb. Mənzillər yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi