Yuxarı
    Bağlamaq

    Bakıda binada yanğın olub, 3 nəfər xəsarət alıb, 3-ü xilas edilib

    20 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub© Foto: Report.az

    Bakı. 26 iyul. REPORT.AZ/ Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

    "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində binanın şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m yanıb.

    Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 20 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi