Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyyə ediliblər

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyyə ediliblər Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Hadisə
203
22 Yanvar , 2020 10:06
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyyə ediliblər

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O qeyd edib ki, hadisə səhər saatlarında, paytaxtın Xətai rayonu Natiq Əliyev küçəsi - 42 ünvanında qeydə alınıb.

Belə ki, 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində kommunikasiya xətləri olan şitdə yanğın olub. Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları yanğını söndürüb, bir neçə şəxs təxliyyə edilib.

Faktla bağlı araşıdrma aparılır.

Son xəbərlər

Orphus sistemi