Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 2 nəfər xilas edilib, 17 sakin təxliyə olunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 2 nəfər xilas edilib, 17 sakin təxliyə olunub Bakı. 21 aprel. REPORT.AZ/ Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinin (F...
Hadisə
21 Aprel , 2016 20:03
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın:  2 nəfər xilas edilib, 17 sakin təxliyə olunub

Bakı. 21 aprel. REPORT.AZ/ Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir. 

Məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan 5 otaqlı mənzilin 1 otağında 5 kv.m sahədə yumşaq mebel dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildə olan 2 nəfər xilas edilib və təhlükəsizlik məqsədilə binadan 17 nəfər sakin təxliyə olunub. Yanğından mənzil mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi