Bakı. 25 fevral. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın birinci mərtəbədən 24-cü mərtəbəyə qədər davam edib.
Bu barədə “Report”a Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov məlumat verib.
O, yanğının tam söndürüldüyünü deyib.
Ə.Novruzov bildirib ki, binada olan bütün sakinlər təxliyyə edilib, hazırda binada heç kəs qalmayıb. Ümumilikdə, təxminən, 60-dan çox sakin təxliyyə olunub. Yanğına görə əraziyə 18 yanğınsöndürən maşın və 70 nəfər canlı heyət cəlb olunub.