Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - YENİLƏNİB Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Hadisə
20 Avqust , 2019 13:00
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

"Report"un xəbərinə görə, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasında şaxta boyunca elektrik naqilləri 30 p.m yanıb. Yanğın zamanı 17 bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzillər və elektrik sayğacları yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb. 


*** 11:40

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələri arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi