Bakıda çoxmərtəbəli yaşayış binalarından 4 liftinin əyləc dolağı oğurlanıb

Bakıda çoxmərtəbəli yaşayış binalarından 4 liftinin əyləc dolağı oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 sentyabr 2017 08:01
Bakıda çoxmərtəbəli yaşayış binalarından 4 liftinin əyləc dolağı oğurlanıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bakıda çoxmərtəbəli yaşayış binasının 4 liftinin əyləc dolağı oğurlanıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki binalardan birində baş verib. 

Belə ki, sentyabrın 10-na keçən gecə qəsəbədəki yaşayış binalarının birindən liftin əyləc dolağı oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Renat Ələkbərov tutulub. 

R.Ələkbərovun ətrafında aparılan tədbirlərlə onun avqustun 31-dən sentyabrın 11-dək olan müddətdə qəsəbə ərazisində daha 3 liftin əyləc dolaqlarını oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi