Yuxarı

Bakıda çoxmərtəbəli binada baş verən yanğın səbəbi ilə 40 nəfər təxliyyə edilib

Hadisə Nizami rayonunda baş verib

Bakı. 5 aprel. REPORT.AZ/ Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən on altı mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 80 p.m, axırıncı mərtəbədə ümumi sahəsi 6 kv.m olan elektrik otağında kabellər 3 p.m yanıb, hər mərtəbədə quraşdırılmış elektrik sayğacları və binanın zirzəmisində quraşdırılmış 60 ədəd elektik sayğacının 32 ədədi yüksək temperaturdan əriyib.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, yanğından mənzillər mühafizə olunub.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 40 nəfər bina sakini təxliyə olunub. Yanğından mənzillər mühafizə olunub. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi