​Bakıda cinsi azlığı qarət edən şəxs: "Elə bildik qızdır" - FOTO

​Bakıda cinsi azlığı qarət edən şəxs: "Elə bildik qızdır" - FOTO "Otuzdurduq maşına, apardıq dağa. Döydük telefonunu və pulunu aldıq”
Hadisə
5 May , 2015 06:47
​Bakıda cinsi azlığı qarət edən şəxs: Elə bildik qızdır - FOTO

Bakı. 5 may. REPORT.AZ/ Bakıda cinsi azlıq nümayəndəsinə qarşı soyğunçuluq törədilib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Hadisə zamanı Ağaverdiyev Elvin Akif oğlu dostu Lətifov Ramin Rafiq oğlu ilə birgə gecə saatlarında avtomobillə gəzərkən metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında cinsi azlıq nümayəndəsi Şahbazov Vüsal Həsənqulu oğlu ilə tanış olublar.

Onlar Vüsal Şahbazovu avtomobilə əyləşdirərək, ağaclıq sahəyə aparıblar. Orada isə onu döyərək mobil telefon və 443 manat pulunu ələ keçiriblər. Zərərçəkən V.Şahbazov hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinə şikayət edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Lətifov isti izlərlə saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hadisənin digər iştirakçısı E.Ağaverdiyev isə Azərbaycan Respublikası ərazisini qatarla tərk etmək istəyərkən Qusar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

E.Ağaverdiyev ifadəsi zamanı bildirib ki, zərərçəkən şəxslə tanış olan zaman onun cinsi azlıq nümayəndəsi olduğunu bilməyib:

“İçkili idik, dostumla gəlirdik. Elə bildik qızdır. Otuzdurduq maşına, apardıq dağa. Orda bildik ki, oğlandı. Döydük telefonunu və pulunu aldıq”.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi