Bakıda cinayət törədən pakistanlıların məhkəməsi başlayır

Bakıda cinayət törədən pakistanlıların məhkəməsi başlayır Bakıda həmvətənlərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Pakistan vətəndaşları Jabar Aslam, Aslam Sabir və Sonia Sabirin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
23 Oktyabr , 2019 09:53
Bakıda cinayət törədən pakistanlıların məhkəməsi başlayır

Bakıda həmvətənlərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Pakistan vətəndaşları Jabar Aslam, Aslam SabirSonia Sabirin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Qəniyevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək hadisə bu ilin aprel ayında Baş verib. Pakistan vətəndaşları - 1988-ci il təvəllüdlü Jabar Aslam, 1991-ci il təvəllüdlü Sabir Aslam və 1995-ci il təvəllüdlü Sonia Sabir Bakıda kirayə evdə qalıblar. Onlar həmin hosteli idarə edən Pakistan vətəndaşı Zahher Umairi aviabilet alması üçün sərf etdiyi 2140 ABŞ dollarını geri qaytarmaq adı ilə müvəqqəti yaşadıqları evə dəvət ediblər. Orada Zahher Umairin bədəninin müxtəlif nahiyələrin dəmir tava ilə vurub, əl və ayaqlarını skoçla bağlayıb üzərində olan 500 manat pulu, plastik kartını və “Samsung” markalı telefonunu götürüblər.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi