Bakıda çimərlik mövsümünün bitməsi ilə bağlı sahilyanı təmizlik aksiyası keçirilib

Bakıda çimərlik mövsümünün bitməsi ilə bağlı sahilyanı təmizlik aksiyası keçirilib Ölkədə çimərlik mövsümünün bitməsi ilə əlaqədar sentyabrın 24-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası keçirilib.
Hadisə
24 Sentyabr , 2021 12:22
Bakıda çimərlik mövsümünün bitməsi ilə bağlı sahilyanı təmizlik aksiyası keçirilib

Ölkədə çimərlik mövsümünün bitməsi ilə əlaqədar sentyabrın 24-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Karantin rejiminin qaydalarına əməl olunmaqla Bilgəh çimərliyində keçirilən aksiyada 100 yaxın könüllü iştirak edib. 1 oktyabr - “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibəti ilə aksiyaya Baş Prokurorluqda ictimai köməkçi qismində fəaliyyət göstərən könüllülər və prokurorluq əməkdaşları qatılıb.

“Sahillər təmiz qalsın” şüarı altında Bilgəh çimərliyi ərazisində təşkil edilən aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən çimərliyin 2 hektara yaxın sahil zolağı plastik və digər məişət tullantılarından təmizlənib. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub, toplanmış tullantılar çeşidlənərək təkrar emal üçün “AzEkol” şirkətinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi