Bakıda cibgirliklə məşğul olan bir ailənin 4 üzvü saxlanılıb

Bakıda cibgirliklə məşğul olan bir ailənin 4 üzvü saxlanılıb Faktla bağlı araşdırmalar aparılır
Hadisə
13 Noyabr , 2014 11:32
Bakıda cibgirliklə məşğul olan bir ailənin 4 üzvü saxlanılıb
Bakı. 13 noyabr. REPORT.AZ/ Bakıda cibgirliklə məşğul olan üç qadın və bir kişi saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, BŞBPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvəllər məhkum olunan - 1952-ci il təvəllüdlü Məleykə Şamilova, 1973-cü il təvəllüdlü Natəvan Şamilova, 1970-ci il təvəllüdlü Mətanət Şamilova və 1994-cü il təvəllüdlü Məcid Şamilov saxlanılıb.  Şübhəli şəxs M. Şamilovun üzərinə baxış zamanı 4,15 qram həşiş qətranı aşkar olunaraq götürülüb. Saxlanlılan şəxslərin dördü də bir ailənin üzvüdü.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi