Bakıda cibgirliklə məşğul olan şəxs tutulub

Bakıda cibgirliklə məşğul olan şəxs tutulub Nadir Quliyev Bakı şəhər sakini Vüsal Atayevin cibindən içərisində 1300 manat, 20 ABŞ dolları və sənəd olan pul kisəsi oğurlayıb
Hadisə
21 İyun , 2016 11:41
Bakıda cibgirliklə məşğul olan şəxs tutulub

Bakı. 21 iyun. REPORT.AZ/ Bakıda cibgirliklə məşğul olan şəxs tutulub. 

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 19-da Səbail rayonu ərazisində Bakı şəhər sakini Vüsal Atayevin cibindən içərisində 1300 manat, 20 ABŞ dolları və sənəd olan pul kisəsi oğurlanıb. 

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Nadir Quliyev tutulub. 

Son xəbərlər

Orphus sistemi