Yuxarı

Bakıda cibgirliklə məşğul olan şəxs saxlanıldı - FOTO

Bakıda cibgirliklə məşğul olan şəxs saxlanıldı

425

Bakı şəhər sakini qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 6 dəfə məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Saxlanılan şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini Rəvan Rzayevin mobil telefonunu və daha bir qadının pul kisəsini oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Rövşən İsmayılov paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi