​Bakıda cibgir qadın tutulub

​Bakıda cibgir qadın tutulub Məleykə Şamilova ötən ildə törədilmiş bir neçə oğurluq faktlarında şübhəli bilinir
Hadisə
7 Fevral , 2015 12:39
​Bakıda cibgir qadın tutulub

Bakı. 7 fevral. REPORT.AZ/ Ötən il cibgirlik yolu ilə oğurluq cinayətlərində şübhəli bilinən 63 yaşlı cibgir qadın tutulub. 

"Report"un xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda bildirilir ki, Sumqayıt şəhər sakini Məleykə Şamilova Bakı şəhər BPİ CAİ və Nərimanov RPİ CAŞ əməkdaşlarının birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. 

Məlum olub ki, ötən il cibgirlik yolu ilə oğurluq cinayətlərində şübhəli bilinən dəstə üzvü, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi tərəfindən tutulan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş, 1952-ci il təvəllüdlü Məleykə Şamilova noyabrın 11-də səhər saatlarında Ə.Ağaoğlu küçəsində Bakı şəhər sakini, Vəsilə Muradovanın da əl çantasından içərisində 200 manat, şəxsi sənədləri və mobil telefonunu talayıb.

Son xəbərlər

Orphus sistemi