Bakıda "Chevrolet Camaro" beton maneyə çırpılıb

Bakıda "Chevrolet Camaro" beton maneyə çırpılıb Qəza nəticəsində xəsarət alan olmayıb
Hadisə
22 May , 2017 03:06
Bakıda Chevrolet Camaro beton maneyə çırpılıb

Bakı. 22 may. REPORT.AZ/ Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, Zərifə Əliyeva prospekti ilə hərəkətdə olan "Chevrolet Camaro" markalı avtomobil yol kənarında quraşdırılan beton maneəyə çırpılıb.

Avtomobil deformasiyaya uğrasa da, hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi