Bakıda cəzaçəkmə müəssisəsində məhbuslar arasında dava düşüb, iki nəfər xəsarət alıb

Bakıda cəzaçəkmə müəssisəsində məhbuslar arasında dava düşüb, iki nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Noyabr , 2016 17:02
Bakıda cəzaçəkmə müəssisəsində məhbuslar arasında dava düşüb, iki nəfər xəsarət alıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində (CM) dustaqlar arasında dava baş verib.

“Report”un xəbərinə görə, dava zamanı CM-də cəza çəkən 1990-cı il təvəllüdlü Amid Əliyev şüşə stəkanla məhbus yoldaşı 1984-cü il təvəllüdlü Samir Mudriyanova xəsarət yetirib. Bu zaman yaranan qarışıqlıqdan istifadə edən S.Mudriyanov şüşə stəkanın qırıntıları ilə A.Əliyevə hücum edərək ona bədən xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi