Yuxarı

​Bakıda cəzaçəkmə müəssəsində dustaq yoldaşını vuran şəxsə hökm oxunub

O, 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Famil Qədirovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Qədirov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində baş verib. F.Qədirov dustaq yoldaşı Raqif Məmmədovu stulla vurub.

O, Cinayət Məcəlləsinin (CM) 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə ittiham olunub.

Xatırladaq ki, F.Qədirov əvvəllər CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlam) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi