Bakı. 28 iyun. REPORT.AZ/ Bakı şəhərində çay evindən pul, tütün və müşahidə kamerasının yaddaş qurğusunu oğurlayan şəxslər tutulublar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 13-də rayon ərazisindəki çay evlərinin birindən 1700 manat pul, tütün məmulatı və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Həsən Babayev və Ağdam rayon sakini Cəsarət Əliyev saxlanılıblar.