Bakıda çay evində qətl törətməkdə təqsirləndirilən şəxslər məhkəməyə müraciət ediblər

Bakıda çay evində qətl törətməkdə təqsirləndirilən şəxslər məhkəməyə müraciət ediblər Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 24-nə təyin edilib
Hadisə
20 Avqust , 2016 13:34
Bakıda çay evində qətl törətməkdə təqsirləndirilən şəxslər məhkəməyə müraciət ediblər

Bakı. 20 avqust. REPORT.AZ/ Bakıda qətldə təqsirləndirilən Emin Musayev, Abdulla İsmayılov və Loğman Rəhimov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 24-nə təyin edilib.

İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi ötən il fevralın 6-da Xətai rayonu ərazisində baş verib. Həmin ərazidə Şahlar Məzahir oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

İstintaqla müəyyən edilib ki, həmin tarixdə Bakı şəhər sakini E.Musayev dostları A.İsmayılov, L.Rəhimov “Arabeska” çay evində olarkən orada olan Ş.Məmmədov arasında mübahisə yaranıb. Bu zaman E.Musayev və A.İsmayılov bıçaqla Ş. Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Nəticədə Ş.Məmmədov ölüb.

Bakı Şəhər Baş Polis İdarəsi, şəhər prokurorluğu və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovu qəsdən öldürməkdə şübhəli bilinən E.Musayev və A.İsmayılov və L.Rəhimov tutulublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Səbail rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

E.Musayev və A.İsmayılov və L.Rəhimov Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum L.Rəhimovun müdafiəçisi Adil İsmayılov apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi