Bakıda çay evi və kafelərdən oğurluq edildi

Bakıda çay evi və kafelərdən oğurluq edildi Bakıda çay evi və kafelərdə oğurluq hadisəsi baş verib.
Hadisə
25 aprel 2020 09:17
Bakıda çay evi və kafelərdən oğurluq edildi

Bakıda çay evi və kafelərdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki çay evlərinin birindən 950 manat dəyərində modem, səsgücləndirici, elektrik sobası, spirtli içki, bir kafedən 1 500 manat dəyərində 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Xəlilov və İ.Quliyev saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların digər bir kafedən 700 manat dəyərində su qızdırıcısı və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi