Bakıda çantalar oğurlayan şəxs tutulub

Bakıda çantalar oğurlayan şəxs tutulub Bakıda çantalar oğurlayan şəxs tutulub.
Hadisə
26 Yanvar , 2022 10:08
Bakıda çantalar oğurlayan şəxs tutulub

Bakıda çantalar oğurlayan şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə yanvarın 22-də Bakı şəhər sakini M.Seyidova məxsus içərisində 2 500 manat dəyərində 2 ədəd mobil telefon və Oğuz rayon sakini R.Səmədova məxsus içərisində 600 manat dəyərində adapter, yaddaş kartı və poverbank olan çantaların oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Novruzov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi