Bakıda çalışdığı evdən 70 min manatlıq qızıl oğurlayan usta tutulub

Bakıda çalışdığı evdən 70 min manatlıq qızıl oğurlayan usta tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
18 Noyabr , 2016 11:30
Bakıda çalışdığı evdən 70 min manatlıq qızıl oğurlayan usta tutulub

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda çalışdığı evdən 70 min manatlıq qızıl oğurlayan usta tutulub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, noyabrın 15-də Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu Polis Bölməsinə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla fakt təsdiqini tapıb və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Ömərov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi