Bakıda bu ilin əvvəlindən indiyədək yol qəzalarında ölən və yaralananların sayı açıqlanıb

Bakıda bu ilin əvvəlindən indiyədək yol qəzalarında ölən və yaralananların sayı açıqlanıb Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarının sayı azalıb
Hadisə
8 Fevral , 2016 13:20
Bakıda bu ilin əvvəlindən indiyədək yol qəzalarında ölən və yaralananların sayı açıqlanıb

Bakı. 8 fevral. REPORT.AZ/ "Cari ilin əvvəlindən bu günə qədər Bakı şəhəri ərazisində 56 yol qəzası baş verib ki, bu qəzalarda 10 nəfər ölüb, 56 nəfər xəsarət alıb". Bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib. 

V.Əsədov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarının sayında azalma müşahidə olunub: "Ötən ilin müvafiq dövründə 88 yol-nəqliyyat hadisə baş verib ki, bu hadisələr zamanı 25 nəfər ölüb, 91 nəfər isə yaralanıb. DYP əməkdaşlarının apardığı məqsədyönlü tədbirlərin nəticəsi olaraq, yol qəza hadisələrinin və bu hadisələr zamanı ölən və yaralananların sayı azalıb".

Son xəbərlər

Orphus sistemi