Bakıda Böyük Britaniya vətəndaşı ürək nahiyəsindən bıçaqlanıb

Bakıda Böyük Britaniya vətəndaşı ürək nahiyəsindən bıçaqlanıb Bakıda bıçaqlanma hadisəsi olub.
Hadisə
6 Oktyabr , 2019 00:43
Bakıda Böyük Britaniya vətəndaşı ürək nahiyəsindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Sabail rayonu, Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yerləşən "Feniks" barda 1979-cu il təvəllüdlü Böyük Britaniya vətəndaşı Pol Hevist tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zəmnində o, qarşı tərəfdən bıçaq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Ona, sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi