Yuxarı

Bakıda borclu kimi axtarışda olan şəxs tutulub

Araşdırmalar davam etdirilir

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakıda borclu kimi axtarışda olan şəxs tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, BŞBPİ NMİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mərhəmət Sədirovdan 5,15, Bakı şəhər sakinləri - Xəzər Rayon Polis İdarəsinin (RPİ) tərəfindən borclu kimi axtarışda olan 1987-ci il təvəllüdlü Nahid Həsənovdan 5,88 və əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zənbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edilib.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi