Bakıda borca görə axtarışda olan 14 nəfər saxlanıldı

Bakıda borca görə axtarışda olan 14 nəfər saxlanıldı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Hadisə
19 Mart , 2020 10:49
Bakıda borca görə axtarışda olan 14 nəfər saxlanıldı
shutterstock

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 18-da 24 cinayətin üstü açılıb. 

Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. 

Narkotiklərlə əlaqəli 4, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 14 nəfər saxlanılıb. 

İtkin düşən kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi