Bakıda "bomj"u qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda "bomj"u qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub O, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
28 Sentyabr , 2017 12:11
Bakıda bomju qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində "bomj"u qətlə yetirməkdə təqsirləndirilən Natiq Abbasovun məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Abbasov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında N.Abbasovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi keçən il noyabrın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yuri Batanovun üzərində zorakılıq əlamətləri (baş nahiyəsində döyülməyə xarakterik) olan meyiti tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, onu N.Abbasov qətlə yetirib. Daha sonra N.Abbasov saxlanılıb.

Təqsirləndirilən şəxsin ilkin ifadəsində "bomj"un onun bacısına söz atdığı üçün qətlə yetirdiyi bildirib.

Y.Batanov 'bomj" həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi