*** ilk xəbər saat 10:45-də yayımlanıb
Bakı. 27 fevral. REPORT.AZ/ Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş 50-55 yaşlı qadın meyiti tapılıb.
“Report”un xəbərinə görə, hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər.
Araşdırma zamanı qadının şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, bu, 1963-cü il təvəllüdlü Anjelika Vasilyevna Morozovadır.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.