Bakıda “BMW” markalı avtomobil qaçırılıb

Bakıda “BMW” markalı avtomobil qaçırılıb Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda “BMW” markalı avtomobili qaçıran şəxs saxlanılıb.
Hadisə
23 Avqust , 2018 12:25
Bakıda “BMW” markalı avtomobil qaçırılıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda “BMW” markalı avtomobili qaçıran şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, ötən gün Bakı şəhər sakini Əliş Mustafayev polisə müraciət edib bir gün əvvəl Səbail rayonunun Xəqani küçəsində yerləşən dayanacaqda “BMW” markalı avtomobilini saxlamasını, açarlarını isə orada işləyən şəxsə verməsini, ertəsi gün həmin şəxsin avtomobili qaçırmasını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avqustun 22-də avtomaşının Xətai rayonu Zığ yolu küçəsində hərəkətdə olması müəyyən edilib.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb, hadisəni törədən Bakı şəhər sakini Fərid Ağazadə ilə birgə Səbail rayon Polis idarəsinə təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Səbail rayon Polis idarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi