Bakıda biznes mərkəzində baş verən yanğın söndürülüb, 40 nəfər təxliyyə olunub - YENİLƏNİB - 2

Bakıda biznes mərkəzində baş verən yanğın söndürülüb, 40 nəfər təxliyyə olunub - YENİLƏNİB - 2 "AFEN Plaza"nın 300 kvadratmet sahəsi yanıb
Hadisə
10 noyabr 2017 09:53
Bakıda biznes mərkəzində baş verən yanğın söndürülüb, 40 nəfər təxliyyə olunub - YENİLƏNİB - 2
Report/ Firi Salim

Bakı. 10 noyabr. REPORT.AZ/ "Yanğın "AFEN Plaza"nın ofisinin tavanındakı izolyasiya materiallarında baş verib, ofis mebelləri, yüngül konstruksiyalı arakəsmələr yanıb”.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Quliyev deyib.

O bildirib ki, məlumat daxil olduğu an hadisə yerinə Nərimanov rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası göndərilib: “Yanğının mürəkkəbliyi nəzərə alınaraq, əlavə texnika və canlı qüvvə cəlb olunub. Hər mərtəbənin sahəsi 1200 kvadratmetdir. Yanan yer isə 300 kvadratmetr təşkil edir. Yanğın zamanı binanın ən yuxarı-6-cı mərtəbəsində 40-a yaxın işçi olub. Onlar təxliyyə olunublar”.


*** 13:09

Bakıda biznes mərkəzində baş verən yanğın söndürülüb.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, təxminən bir saata yaxın davam edən yanğının qarşısını almaq mümkün olub.

Yanğın zamanı xəsarət alan olmayıb. 


*** 12:18

Bakıda biznes mərkəzində güclü yanğın başlayıb. 

"Report" xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "AFEN Plaza" yanır. 

Yanğın biznes mərkəzinin yuxarı mərtəbəsində baş verib. 

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. 

Biznes mərkəzində işləyən insanlar təxliyyə edilib.  

Son xəbərlər

Orphus sistemi