Bakıda bir qrup maskalı şəxs 69 yaşlı qadının evinə hücum edib

Bakıda bir qrup maskalı şəxs 69 yaşlı qadının evinə hücum edib Hadisə ilə bağlı üç nəfər tutulub
Hadisə
10 Sentyabr , 2015 11:16
Bakıda bir qrup maskalı şəxs 69 yaşlı qadının evinə hücum edib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakıda bir qrup maskalı şəxs 69 yaşlı qadının yaşadığı bağ evinə hücum edib. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Belə ki, Xəzər rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi (CAŞ) və 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Şüvəlan qəsəbəsində 1946-cı il təvəllüdlü Şövkət Həşimovaya məxsus bağ evinə maskalanaraq daxil olan, vətəndaşa qarşı zor tətbiq etməklə quldurluq əməli törətməyə cəhd göstərməkdə şübhəli bilinən, qəsəbə sakinləri – 1988-ci il təvəllüdlü Samid Tahirov, 1993-cü il təvəllüdlü Elnur Muradov və 1994-cü il təvəllüdlü Nahid Razıyev müəyyən olunaraq tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, quldurluq hadisəsi sentyabrın 9-da saat 04:20 radələrində baş verib.

Son xəbərlər

Orphus sistemi