Yuxarı

​Bakıda bir qardaşı öldürməkdə, digərini yaralamaqda təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, digərini yaralamaqda təqsirləndirilən Bakı şəhər sakinləri Hacıbağır Bağırovun barəsində olan hökmdən verililən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, H.Bağırovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən ilin may ayında Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib. Bakı şəhər sakinləri, Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və qonşusu Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Ənnağı Baxışovu və onun qardaşı Zaur Baxışovu bıçaqlayıblar. Ə.Baxışov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb.

H.Bağırov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Bu il iyun ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Bağırov 18 il 6 ay, R.Qurbanov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə E.Bağırov barəsində isə şərti cəza təyin edib. Hökmdən narazı qalan H.Bağırov apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi