Yuxarı
    Bağlamaq

    ​Bakıda bir qardaşı öldürməkdə, digərini yaralamaqda təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

    İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq

    Bakı. 23 iyul. REPORT.AZ/ Bakıda bir nəfəri öldürməkdə, digərini yaralamaqda təqsirləndirilən Bakı şəhər sakinləri Hacıbağır Bağırovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

    “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası iyulun 25-nə təyin edilib.

    İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, hadisə ötən ilin may ayında Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib. Bakı şəhər sakinləri, Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və qonşusu Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Ənnağı Baxışovu və onun qardaşı Zaur Baxışovu bıçaqlayıblar. Ə.Baxışov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb.

    H.Bağırov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

    Bu il iyun ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Bağırov 18 il 6 ay, R.Qurbanov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə E.Bağırov barəsində isə şərti cəza təyin edib. Hökmdən narazı qalan H.Bağırov apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi