Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüqar Nəsibovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Nəsibov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.Nəsibov Bakıda bir neçə vətəndaşın pulunu dələduzluq yolu ilə əldə edərək qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.