Bakıda bir neçə gün əvvəl tikilməkdə olan binadan yıxılan fəhlə ölüb

Bakıda bir neçə gün əvvəl tikilməkdə olan binadan yıxılan fəhlə ölüb Hadisə ehtiyatsızlıqdan baş verib
Hadisə
13 İyun , 2017 06:40
Bakıda bir neçə gün əvvəl tikilməkdə olan binadan yıxılan fəhlə ölüb
Report.az

Bakı. 13 iyun. REPORT.AZ/ Bakıda bir neçə gün əvvəl tikilən binadan yıxılan fəhlə ölüb.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda Şıxov çimərliyinin yaxınlığında qeydə alınıb.

Mayın 25-də Salyan şossesində bina tikintisi zamanı 1971-ci il təvəllüdlü Novruzov Elşad Ağakişi oğlu binanın yuxarı mərtəbsindən ehtiyyatsızlıqdan yerə yıxılıb. O, ağır xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq E.Novruzov bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi