Bakıda bir neçə cinayət törədən dəstə üzvlərinə hökm oxunub

Bakıda bir neçə cinayət törədən dəstə üzvlərinə hökm oxunub Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən proses başa çatıb
Hadisə
20 oktyabr 2016 08:06
Bakıda bir neçə cinayət törədən dəstə üzvlərinə hökm oxunub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda, dələduzluqda, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf Əlimuxtarov və İbadulla Əlimuxatrovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.İsgəndərov 9 il, Q.Bağırbəyov 10 il, R.Əlimuxtarov 1 il 3 ay, İ.Əlimuxatrovun isə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında H.İsgəndərovun 10 il, Q.Bağırbəyovun 12 il, R.Əlimuxtarovla İ.Əlimuxatrovun isə hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı dəstə üzvləri H.İsgəndərov, Q.Bağırbəyov, R.Əlimuxtarov və İ.Əlimuxatrov qardaşları saxlanılıblar. İlkin dindirilmə zamanı dəstənin başçısı əvvəllər məhkum olunmuş, Yasamal rayon sakini 18 yaşlı H.İsgəndərov Bədəlov Əli Mahmud oğluna və Süleymanov Fuad Əli oğluna qarşı bıçaqla hədələməklə soyğunçuluq etdiyi məlum olub.

Bundan başqa, dəstə üzvləri Yasamal rayonu, Şərifzadə küçəsində avtobus sürücüsü və onun köməkçisini döyərək ağır bədən xəsarətlərini yetirdiklərini də etiraf ediblər. Onlar Orucov Şamxal İbrahim oğlundan ona məxsus mobil telefonu dələduzluq yolu ilə ələ keçiriblər.

İstintaq zamanı H.İsgəndərovun telefonuna baxış keçirərkən onun cinayət əməllərini mobil telefonuna çəkdiyi də məlum olub.

Son xəbərlər

Orphus sistemi