Bakıda bir mənzili bir neçə nəfərə satan şəxslərin məhkəməsi davam etdirilib

Bakıda bir mənzili bir neçə nəfərə satan şəxslərin məhkəməsi davam etdirilib Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İdeal-V” tikinti şirkətinin direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
17 Noyabr , 2017 11:45
Bakıda bir mənzili bir neçə nəfərə satan şəxslərin məhkəməsi davam etdirilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "İdeal-V” tikinti şirkətinin direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Ceyhun Əliyev dindirilib.

O bildirib ki, təqsirləndirilən Ç.Məmmədovla İ.Məmmədovdan mənzil alıb: "2014-cü ildə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yaşayış binasına yaxınlaşdım. Orada Rasim adlı şəxs məni qarşıladı. O, satışda mənzil olmadığını dedi. Bir müddət keçəndən sonra Rasim zəng edib dedi ki, bir nəfət ev satır. Gəlib danışdıq, razılaşdıq. Sonra o, məni Xətai rayonunda İsa Məmmədovla Çingiz Məmmədovun yanına göndərdi. Biz atamla getdik ofisə və hər iki şəxs, bir də Elmira xanım bizi qarşıladı. Biz 280 min dolları manata çevirib, ona 211 min manat verdik. Hətta alqı-satqı da etdik. Evin əvvəlki sahibinin kim olduğunu soruşanda demədilər. 2017-ci ilin yayında məlum oldu ki, mənim aldığım mənzili başqasına satıblar".

Zərərçəkmiş qeyd edib ki, mənzilin digər sahibi Sultan Sultanov olub: "Bu şəxslər barəsində cinayət işi başlananda Sultan mənə zəng edib, mənzilin onun adına olduğunu söylədi. O dedi ki, bununla bağlı məhkəmə qərarı da var".

Məhkəmədə məlum olub ki, həmin mənzil Sultan Sultanova 2010-cu ildə satılıb.

Təqsirləndirilən İ.Məmmədov zərərçəkmiş C.Əliyevin düzgün danışdığını, ondan pul alıb ev satdığını deyib: "Lakin Sultan Sultanova ev satılmayıb, bununla bağlı kassa məxaric olmayıb. Həmin mənzil əvvəlcə Aida xanıma satılıb, sonra alqı-satqı ilə Ceyhuna satıldı".

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə istintaq zamanı "İdeal-V” tikinti şirkətinin direktoru Ç.Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İ.Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasındamənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi