Bakıda bir həyətdə iki mənzil soyuldu

Bakıda bir həyətdə iki mənzil soyuldu Nəsimi rayonunda iki qonşu mənzildən oğurluq edilib.
Hadisə
24 iyun 2020 09:01
Bakıda bir həyətdə iki mənzil soyuldu
Report

Nəsimi rayonunda iki qonşu mənzildən oğurluq edilib.

“Report” xəbər verir ki, cinayət hadisəsi Həzi Aslanov küçəsi 97 ünvanında yerləşən ümumi həyətdəki iki mənzildə baş verib.

Naməlum şəxs və ya şəxslər gündüz saat 12 radələrində evdə heç kimin olmamasından istifadə edərək, həmin ünvandakı A.Mehdiyevə məxsus 2 nömrəli mənzildən pul, qızıl-zinət əşyaları götürüblər. Ev sahibinə ümumilikdə təxminən 9 min manatlıq ziyan dəyib.

Digər qonşu mənzildən də isə telefon və digər əşyalar götürülüb.

Hadisə ilə bağlı ərazi üzrə polisə müraciət edilib.

Hazırda oğurluğu törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi