Bakıda bir həftə əvvəl yerə yıxılan 88 yaşlı kişi dünyasını dəyişib

Bakıda bir həftə əvvəl yerə yıxılan 88 yaşlı kişi dünyasını dəyişib O, yıxılan zaman ağır xəsarət alıb
Hadisə
8 Yanvar , 2018 03:59
Bakıda bir həftə əvvəl yerə yıxılan 88 yaşlı kişi dünyasını dəyişib

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report" xəbər verir ki, 1930-cu il təvəllüdlü Quliyev Nadir Həsən oğlu bir həftə əvvəl rayon ərazisində naməlum şəraitdə yıxılaraq ağır xəsarət alıb.

O, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. N.Quliyev həkimlərin səylərinə baxmayaraq, bu gecə xəstəxanada beyninə qan sızması nəticəsində həyatını itirib.

Son xəbərlər

Orphus sistemi