Yuxarı
    Bağlamaq

    Bakıda bir ay əvvəl qətl törətmiş şəxs tutulub

    Qatilin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib

    Bakı. 13 mart. REPORT.AZ/ Bakıda bir ay bundan əvvəl qətl törədən şəxs tutulub.

    "Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun üzərində baş nahiyəsinə küt alətlə xəsarət yetirilməyə xarakterik olan meyidi Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.

    Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Məmmədov tutulub. Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi