Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda dəm qazından kütəvi zəhərlənmə olub.
“Report” DİN-in saytına istinadən xəbər verir ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Səlmi Əlnəzərova, oğlu Tahir, onun arvadı Günel Quliyeva və oğlu Ümüd dəm qazından zəhərləniblər. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.