Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub

Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub Hadisəni törədən sürücü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb
Hadisə
17 İyul , 2017 02:05
Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub
Report.az

Bakı. 16 iyul. REPORT.AZ/ Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Mərdəkan qəsəbəsində dayanacaqda dayanan 1975-ci il təvəllüdlü Qurbanov Araz Qurban oğlu və 1975-ci il təvəllüdlü Nuraliyeva Məxluqə Eynulla qızı və onların övladları 12 yaşlı Qurbanov Rəhim Araz oğlu, 13 yaşlı Qurbanov Rəhman Araz oğlunu minik avtomobili vurub. Nəticədə adı çəkilən şəxslər bədənin müxtəlif nahiyələrindən xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən sürücü Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi