Bakıda binanın su sayğacları oğurlanıb

Bakıda binanın su sayğacları oğurlanıb Bu ilin əvvəlindən Nəsimi rayonu ərazisindən 21 ədəd su sayğacı oğurlanıb
Hadisə
191
17 Mart , 2017 15:44
Bakıda binanın su sayğacları oğurlanıb
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ Bakıda yaşayış binasının su sayğacları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Hüseynbala Əliyev küçəsi 17 ünvanında yerləşən binadan 11 ədəd su sayğacı oğurlanıb. Sayğacların oğurlanmasından sakinlər evə su gəlməyəndə xəbər tutublar.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edilib və araşdırma aparılır.

Polis Bölməsindən verilən məlumata görə, bu ilin əvvəlindən bugünə qədər Nəsimi rayonu ərazisindən 21 ədəd su sayğacı oğurlanıb. 

Son xəbərlər

Orphus sistemi