Bakıda binaların üzlənməsi üçün yeni materiallardan istifadə olunmağa başlanılıb - FOTO

Bakıda binaların üzlənməsi üçün yeni materiallardan istifadə olunmağa başlanılıb - FOTO "Yeni üzlüklər İtaliya istehsalı olan yanmayan materiallardır"
Hadisə
20 May , 2015 15:24
Bakıda binaların üzlənməsi üçün yeni materiallardan istifadə olunmağa başlanılıb - FOTO

Bakı. 20 may. REPORT.AZ/ Bu gündən Bakıda bəzi binaların üzlənməsi üçün yeni materiallardan istifadə olunmağa başlanılıb.

"Report"un əməkdaşları şəhərin Atatürk prospektində yerləşən binaların yeni - daş materiallarla üzlənməsi prosesini izləyib.

Üzlənmə ilə təmir-bərpa işləri davam etdirilən binaların qarşısından poliuretan üzlük materiallarının yığışdırılması və onların əvəzinə yeni üzlüklərin gətirilməsinə başlanılıb. 

İş icraçısı Ramin Cəfərov "Report"a bildirib ki, yeni üzlüklər İtaliya istehsalıdır: "Bizə dəqiq heç nə deməyiblər. Sadəcə, səhər saatlarından başlayaraq poliuretan materialları yığışdırıb, əvəzinə yeni materiallar gətiriblər. Bunlar İtaliya istehsalı olan yanmayan materiallardır".

Son xəbərlər

Orphus sistemi