​Bakıda binada yanğın zamanı 10 nəfər təxliyə edilib

​Bakıda binada yanğın zamanı 10 nəfər təxliyə edilib Nəticədə vətəndaşa məxsus 4 otaqlı mənzilin 3 otağı yanıb
Hadisə
15 Avqust , 2015 05:31
​Bakıda binada yanğın zamanı 10 nəfər təxliyə edilib

Bakı. 15 Avqust. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus 4 otaqlı mənzilin 3 otağı, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 135 kv. m sahədə yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi