​Bakıda binada yanğın olub, 2 nəfər yaralanıb, 20 nəfər təxliyə edilib

​Bakıda binada yanğın olub, 2 nəfər yaralanıb, 20 nəfər təxliyə edilib Yanğın binanın 5-ci mərtəbəsində baş verib
Hadisə
17 Yanvar , 2016 17:50
​Bakıda binada yanğın olub, 2 nəfər yaralanıb, 20 nəfər təxliyə edilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Günorta saatlarında Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində binanın 5-ci mərtəbəsində vətəndaşa məxsus 3 otaqlı mənzilin 2 otağı yanıb.

Yanğın zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib və mənzillərdən 20 nəfər sakin təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi