​Bakıda polis bölməsinin qarşısında bıçaqlanma olub

​Bakıda polis bölməsinin qarşısında bıçaqlanma olub Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb
Hadisə
2067
10 Fevral , 2015 09:56
​Bakıda polis bölməsinin qarşısında bıçaqlanma olub

Bakı. 10 fevral. REPORT.AZ/ Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində bıçaqlanma hadisəsi olub. “Report” xəbər verir ki, Masallı rayon sakini 37 yaşlı Cavad İbrahimov tanışı tərəfindən bıçaqlanıb.

Hadisə Suraxanı Rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin (PB) qarşısında baş verib. C.İbrahimov həmin ərazidə yerləşən kafelərin birində tanışı ilə spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb.

Tanışlar mübahisəni bölmənin yaxınlığındakı ərazidə davam etdiriblər. Nəticədə, C.İbrahimov hələlik istintaqa məlum olmayan tanışı tərəfindən bir neçə bıçaq zərbəsi alıb.

Qarın nahiyəsindən ağır bıçaq zərbəsi alan yaralı ətrafdakıların köməyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 32-ci PB-nin əməkdaşları cinayəti törədərək hadisə yerindən qaçan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Son xəbərlər

Orphus sistemi