Yuxarı

Bakıda bıçaqlanan şəxsi xəstəxanaya polis aparıb

Nizami RPİ əməkdaşları cinayətkarın tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirirlər

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakının Nizami rayonunun ərazisində bıçaqlanma hadisəsi baş verib. Nizami Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, metronun "Ulduz" metrostansiyasının yaxınlığında 34 yaşlı Emin Həsən oğlu Hüseynov bıçaqlanıb. Belə ki, Emin Hüseynov yaşadığı məhəllədə qohumu ilə mübahisə edib. Mübahisə zamanı qohumu onu bıçaqlayıb. Oğlunun bıçaqlandığını görən E.Hüseynovun atası Həsən Hüseynov onu xəstəxanaya çatdırmaq üçün yola çıxarıb. Bu zaman post patrul xidməti avtomobili görən ata onu saxlatdırıb. Polis əməkdaşları yaralını xəstəxanaya çatdırıblar. Qohumunu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Hazırda Nizami RPİ əməkdaşları onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi